Mastercard submerchantlar adından tranzaksiyaları asanlaşdırmaq üçün ödəniş vasitəçisini acquirer tərəfindən qeydiyyata alınmış xidmət təminatçısı kimi müəyyən edir. Mastercard ödəniş vasitəçilərinin istifadəsi və fəaliyyətini tənzimləyən qaydalar tətbiq etmişdir. Lütfən Mastercard Qaydalarında 7.8 Qaydasına baxın. Acquirer xidmət təminatçısını Mastercard-da ödəniş vasitəçisi kimi qeydiyyatdan keçirməlidir.
Aşağıda Mastercard-da qeydiyyatdan keçmiş ödəniş vasitəçilərinin siyahısı təqdim olunur. Bu siyahı ödəniş vasitəçisi ilə əməkdaşlıqda maraqlı ola biləcək hər hansı qurumun rahatlığı üçün yardımçı məlumat kimi təqdim edilmişdir. Mastercard bu siyahını vaxtaşırı yeniləməyə çalışacaq. Mastercard bu siyahını 'olduğu kimi' təqdim edir və hər hansı növ təmsilçilik və zəmanətdən, o cümlədən məhdudiyyət qoyulmadan satışa yararlılıq və konkret məqsədə uyğunluqla bağlı nəzərdə tutulan zəmanətlərdən açıq şəkildə imtina edir. Mastercard siyahının tamlığı, dəqiqliyi, vaxtlı-vaxtında olması və ya ardıcıllığı ilə bağlı, eləcə də siyahının qüsursuz olması və ya hər hansı səbəbdən ona etibar edilə biləcəyi barədə heç bir öhdəlik götürmür və zəmanət vermir. Mastercard siyahıda qeyd olunan hər hansı şəxs tərəfindən göstərilən xidmətin xarakteri və ya keyfiyyəti barədə heç bir rəy bildirmir.
Bu siyahıya və ya onun hər hansı bir hissəsinə access-i olan və ya ondan istifadə edən hər bir şəxs bunu riski tamamilə öz üzərinə götürməklə edir. Belə access və/və ya istifadənin şərti olaraq, istifadəçi razılaşır ki, siyahıya access və/və ya ondan istifadə nəticəsində birbaşa və ya dolayısı ilə yaranan, yaxud yarandığı iddia edilən hər hansı itki və ya zərərə görə Mastercard heç bir məsuliyyət daşımır.