Please accept functional cookies to watch this video.
Please accept functional cookies to watch this video.
Kampaniya Şərtləri:
1. Kampaniyanın Müddəti:
Kampaniya 2 mart 2026-cı ildən 1 iyun 2026-cı il tarixinədək qüvvədədir.
2. Kampaniyada İştirak Hüququ:
Kampaniyada yalnız aktiv və qüvvədə olan Mastercard kartları iştirak edir.
Kampaniya üstünlüyü hər bir karta ayrıca şamil olunur.
Hər bir kart, kampaniya müddəti ərzində yalnız hər bazar ertəsi günü 1 (bir) dəfə kampaniya üstünlüyündən istifadə edə bilər. Kampaniya yalnız hər təqvim günü bir dəfə tətbiq olunur
Eyni şəxsə məxsus bir neçə kart varsa, hər kart yalnız bir dəfə kampaniyanın üstünlüyündən faydalana bilər.
Kampaniya yalnız Azərbaycan bankları tərəfindən buraxılmış olan Mastercard loqolu kartlar üçün keçərlidir.
3. Kampaniya Şərtləri:
Kampaniya müddəti ərzində hər bazar ertəsi günü Bakı şəhərində metro və avtobus ictimai nəqliyyatında ilk gediş haqqı yalnız 1 (bir) qəpik olacaq. Bu üstünlük, yalnız metro və avtobuslarda ilk gedişə şamil olunur.
Kampaniya, Mastercard loqolu kartları ilə NFC (Apple Pay, Google Pay) ödənişləri edildiyi zaman yalnız ilk gedişə şamil edilir.
Ödəniş mexanizmi belədir: NFC ödəməsi zamanı istifadəçinin balansından birbaşa 1 qəpik çıxılacaq.
Hədiyyə yalnız kampaniya günü ərzində ilk gedişə tətbiq olunur.
Kampaniya tətbiq olunduqda, əldə olunan endirim cari keçid tarifinə əsasən hesablanacaq.
Qazanılan mükafatın nağd qarşılığı tələb oluna bilməz.
Kampaniya yalnız Google Pay və Apple Pay ödənişini dəstəkləyən banklarda etibarlıdır.
Hər bir kart yalnız kampaniya günü ərzində bir dəfə endirimdən yararlana bilər.
4. Təşkilatçının Hüquqları:
Mastercard kampaniyanın şərtlərini bir tərəfli şəkildə dəyişdirmək, kampaniyanı müvəqqəti dayandırmaq və ya tamamilə ləğv etmək hüququnu özündə saxlayır.
Hər hansı bir dəyişiklik, rəsmi kanallar vasitəsilə elan edildiyi andan qüvvəyə minir.
5. Digər Müddəalar:
Kampaniyada iştirak edən şəxslər, bu şərtlərlə razı olduqlarını təsdiq etmiş hesab edilir.
Tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.