Ling Hai, Mastercard şirkətinin Asiya-Sakit Okean, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidentidir. Hazırkı vəzifəsində o, şirkətin biznes strategiyasının, satışlarının, biznesin inkişafı, məhsul idarəçiliyinin və müştərilər və tənzimləyicilərlə əlaqələrin inkişaf etdirilməsinə cavabdehdir. Ling Hai şirkətin İcraçı Rəhbərlik Qrupunun, eləcə də qlobal İdarəetmə Komitəsinin üzvüdür.
Ling Hai Mastercard-a 2010-cu ildə qoşulub və vəzifədə olduğu müddətdə Böyük Çinin bölmə prezidenti, Londonda Müəssisə Tərəfdaşlıqlarının prezidenti və Sinqapurda yerləşən Mastercard-ın Asiya-Sakit Okean regionunun həmsədri vəzifələrində çalışıb. Ən son olaraq, o, Beynəlxalq Bazarların həmsədri idi.
Linq Hay karyerasına idarəetmə məsləhətçisi kimi başlayıb və həm Booz Allen Hamilton, həm də AT Kearney şirkətlərində çalışıb. O, həmçinin Bank of America və HSBC-də rəhbər vəzifələrdə çalışıb.
Ling Hai həm korporativ, həm də qeyri-kommersiya təşkilatlarının idarə heyətlərində, eləcə də idarə heyəti komitələrində xidmət etməkdə böyük təcrübəyə malikdir. O, Wan Shi Wang Lian Network Technology şirkətinin sədri, Sidneydəki Cuscal Limited şirkətinin İdarə Heyətinin direktoru və İdarə Heyətinin Risk Komitəsində çalışır. O, həmçinin ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin direktoru və Honkonqdakı CDIB Capital International şirkətinin baş məsləhət şurasının üzvü vəzifələrində çalışır.
Linq Hay Nyu-Yorkdakı Sent-Rouz Kollecini bitirib və Çikaqo Universitetinin But Biznes Məktəbində Biznesin İdarə Edilməsi üzrə magistr dərəcəsi alıb.